Babasının da bir gəmi ixtiraçısı olduğu iddia edilən Cozafin Kokreyn qabyuyan maşın ixtiraçısı kimi tanınır. Ancaq cihazın yaranma tarixi başqa mənbələrə təsadüf edir.
8 mart 1839-cu ildə Ohayo ştatının Aştabula şəhərində anadan olmuş Cozefin Kokreyn İndiana şəhərində böyümüşdür. İllinoys ştatının Şelbayville şəhərindəki bacısının evinə köçdükdən sonra 13 oktyabr 1858-ci ildə Demokratik Partiya siyasətçisi Villiam Kokreyn ilə evlənmiş və ondan Hali və Katerin adlı 2 övladı olmuşdur. 1870-ci ildə ailə bir malikanəyə köçmüş və o, Çikaqo cəmiyyətinə qoşulmuşdu. Bir tədbir şam yeməyindən sonra, xidmətçilərin ehtiyatsızlıqları ucbatından bəzi yemək qabları yuyularkən qırılır. Bundan sonra Kokreyn qabların rahat yuyulması və yorğun evdar qadınların yeməkdən sonra qabları yumaq vəzifəsindən azad etmək üçün daha yaxşı alternativ axtarmağı təklif edir. Alkoqol əri, 1883-cü ildə 45 yaşında olanda vəfat etmiş və ona çox sayda borc buraxmışdı, bu da onu qabyuyan maşını inkişaf etdirməyə vadar etmişdi.
1850-ci ildə Coel Huqton əl çarxı ilə qablara su səpən taxta bir maşını yaratdı. Bu icad qabların yuyulması üçün hazırlanan ilk vasitə olsa da çətin işləyirdi. Sonra, 1860-cı illərdə, L. A. Aleksandr, bu icadı təkmilləşdirmək üçün cihaza bir sıra yeni mexanizmlər əlavə etsə də, bu cəhdlər təsirsiz oldu.
1886-cı ildə Kokreyn açıq şəkildə "Başqa heç kim qab yuyan maşın icad etməzsə, mən özüm bunu edərəm" dedi və etdi. Kokreyn ilk praktik qabyuyan maşın icad etdi.
İlk modeli İllinoys ştatındakı Şelbayvil şəhərindəki evinin arxasındakı daxmada hazırladı. Maşını düzəltmək üçün əvvəlcə qabları ölçdü və hər bir qabı öz ölçüsünə uyğun hazırlanmış tel bölmələrə qoydu. Bölmələr mis bir qazanın içərisində düz bir çarxın üstündə yerləşdirildi. İsti sabunlu su qazanın altından qalxıb qabların üzərinə yağırdı. Maşının içərisindəki qabları təmizləmək üçün ovalayıcı əvəzinə su təzyiqindən istifadə olundu. O öz patentini 28 dekabr 1886-cı ildə aldı.
Kokreyn, ictimaiyyətin 1893-cü il Dünya Sərgisində açıqladığı yeni ixtirasının alqışlayacağını gözləyirdi, lakin ancaq otellər və böyük restoranlar onun fikrini aldılar. 1950-ci illərə qədər qabyuyan maşınların geniş ictimaiyyətin diqqətinə çatdırılması və qəbul edilməsində bir sıra çətinliklər oldu.
Kokreyn maşını əl ilə işləyən mexaniki qabyuyan maşın idi. Nəticədə Mətbəx Yardımı halına gələn bu qabyuyan maşınların istehsalı üçün bir şirkət tapdı.
Kokreynin icadı Mətbəx Yardımının bir hissəsi oldu və 1949-cu ildə yaradıcısının dizaynına əsaslanaraq ilk Mətbəx Yuyucu maşın təqdim edildi. 1950-ci illərdə, yeni isti su tələb edən santexnika əşyaları ilə yeni şəhərətrafı evlər tikildikdən sonra bu qabyuyan maşınlar adi bir məişət əşyasına çevrildi.
Kokreyn 1913-cü il avqustun 14-də İllinoys ştatının Çikaqo şəhərində özündən gedərək ölmüş, İllinoys ştatının Şelbayvil şəhərindəki Qlinvud qəbiristanlığında dəfn edilmişdir.