Şəxsi inkişafınızda faydalı olacaq websaytlar

20 avqust 2020

Fidan Kərimova

İnternetdə keçirdiyiniz vaxtı səmərəli keçirmək üçün Qırmızı.net şəxsi inkişaf platforması sizə bir neçə internet saytı təqdim edir:

edX – Harvard, MİT, Oxford kimi dünyanın ən yaxşı universitetlərindən dərsləri əldə edə biləcəyiniz ən tanınmış platfromalardan biri. Həmçinin Microsoft və Amazon kimi dünya nəhənglərinin də təlimlərinə qatıla bilərsiniz. Dünyanın bir çox yerində tanınan sertifikatlar əldə etmək üçün edx mükəmməl seçimdir.

TED talks – Texnologiya, Əyləncə və Dizayn sahələrini əhatə edən mövzularla fəaliyyətə başlasa da, hal-hazırda aktual olan bütün mövzularda konfranslar keçirir. Siz burada bir çox elm adamları, mühəndis, jurnalist, idmançı və ya öz sahəsində işləri ilə fərqlənən insanların çıxışlarını izləyə bilərsiniz.

Coursera – Priceton, Stanford kimi universitetlərdən, Google və İBM kimi böyük şirkətlərin online dərslərini tapa bilərsiniz. Kompüter, Texnologiya, Biznes, İncəsənət, Psixologiya kimi sahələrdən ingiliscə dərslər ala, kursun sonuna ödənişlə sertifikat əldə edə bilərsiniz.

Future Land – Biznes, iqtisadiyyat, İncəsənət, Tarix, Texnologiya, Təbiət və bir çox mövzuda məlumatlı olmaq üçün əla saytdır. Pulsuz dərslərə qatıla, PDF-lər əladə edə bilərsiniz. Kurslar dünyanın aparıcı universitetləri tərəfindən verilir.

Alison-Texnologiya, İqtisadiyyat, Marketing, Xarici dil, Biznes və bu kimi fənnlərdən məktəb və universitetlərdən dərslərin olduğu bir platformadır. Digər platformalardan fərqli olaraq burada sertifikatların qiyməti daha münasibdir.

Open Culture – İncəsənət, Ədəbiyyat, Film və bir çox mövzuda original videolar və mövzular əldə edə biləcəyiniz. Eyni zamanda pulsuz elektron kitablar və xarici dil dərsləri də saytda yer alır.