“Evdə qal! Sağlam qal!” Bu təşəbbüsə qoşularaq həm sağlamlığını qoru, həm də evdə qaldığın müddətdə özünü inkişaf etdir, kitab oxu, film izlə.
Kitab sehrli bir əşya kimidir. Kitabların insanlara qatdığı dəyər əvəzedilməzdir. Evdə vaxt keçirmənin ən gözəl yollarından biri də kitab oxumaqdır.
Zamanın necə keçdiyini hiss etməyəcəyiniz, oxumaqdan həzz alacağınız kitablar.
Kafka on the shore
Haruki Murakami
Roman, 15 yaşlı Kafka Tamuranın məşhur heykəltaraş olan atasının evindən qaçması ilə başlayır. Qaçmağında məqsəd atasını öldürüb, itkin düşmüş anasını və bacısını tapmaqdır. Kafka qaçdığı şəhərdə yeni insanlarla tanış olur. Kafka Tamura atasının lənətinin həyata keçəcəyinə inanmışdı və ruhunun azadlığını istəyirdi. Amma, əsərdə Oşimanın da dediyi kimi azadlığın nə olduğunu belə dəqiq bilmirdi. Kafka sahildə, insanın öz mənliyi və ruh azadlığı axtarışını izah edən bir romandır.
To Kill A Mockingbird
Harper Lee
Hadisələr Meykom şəhərində cərəyan edir. 1930-cu ildə hər yuerdə olduğu kimi burada da irqi bərabərsizlik hökm sürür. Əsərin əsas qəhramanları 6 yaşlı Skot, böyük qardaşı Cem və atası Attikusdur. Xalasıgilə gedən Cem və Skot burada Dill adlı oğlanla tanış olurlar. Onlar, qonşuluqda yaşayan Artur Fedlidən həm qorxur, həm də bu şəxs onlara maraqlı gəlir. Vəkil olan Attikusa, Mayella Evel adlı ağdərili qadına təcavüz etməkdə günahlandırılan qaradərili Tom Robinsonu müdafiə etməyi tapşırırlar. Əslində Tom Robinsonun heç bir günahı yoxdur. Cənubi qotik üslubunda yazılmış bir roman olan Bülbülü öldürmək romanının əsas mövzusu irqi bərabərsizlik və günahszıların məhvidir.
The Handmaid’s Tale
Margaret Atwood
Atwoodun bu romanı feminist yöndən yazmışdır. Yazıçı bu romanında gələcəkdə qadınların rolunun daha pis olacağı, qadın haqqlarının kişilər tərəfindən ələ keçiriləcəyi və qadınlar kişilərin köləsi halına gələcəyini qələmə almışdır.Romanda ABŞ hökuməti dağılmış və yerini Gilead deyilən bir qrup almışdır.