Haqqımızda

Dijital dövrün inkişafı biznes əlaqələrinin genişlənməsi üçün əlverişli zəmin yaradır. QIRMIZI.net layihəsi çərçivəsində əlaqələrin daha da inkişaf etdirilməsi baxımından görüşlər keçirmək, korporativ əlaqələri inkişaf etdirmək və bu məqsədlə biznes xarakterli platforma təşkil ediləcək. Eyni zamanda QIRMIZI.net beynəlxalq və regional səviyyədə seminarlar, liderlik və motivasiya, biznesin inkişafı, həyat tərzi, biznes mühitinə uyğun effektiv strategiya istiqamətlərinin mənimsənilməsi və müvafiq sahələr üzrə ixtisaslaşan mütəxəssislərin görüşü üçün platforma xarakteri daşıyır. Platformada əlaqələrin daha inkişaf etdirilməsi məqsədilə iştirakçılarla marketinq, dijital dünya, onlayn media, texnoloji inkişaf və s. mövzuları üzrə fikir mübadiləsi aparılacaq, spikerlər şəxsi və karyera inkişafı istiqamətində qabaqcıl təcrübələrini layihə iştirakçıları ilə paylaşacaqlar.

Niyə QIRMIZI.net?

Platforma çərçivəsində təşkil edilən tədbirlərdə müştərilərimizin istəyi ilə bizim təkliflərimiz arasında tarazlıq qurmaq üçün bütün imkanlara sahibik və buna nail oluruq.

Dəyərlərimiz

  • Hörmət - Qarşılıqlı hörmət, inam, komanda ruhunda çalışmaq bizim əsas dəyərimizdir. Məhz bu dəyər əsasında tərəfdaşlarımızla əməkdaşlıq əlaqələrimizi qururuq.
  • Fəaliyyətmizdə fərqlilik, dürüstlük və bizə edilən etibarı rəhbər tuturuq. Verdiyimiz vədləri yerinə yetirmək üçün səylə çalışırıq və hər zaman, hər yerdə işlərimizi vaxtlı-vaxtında həyata keçiririk.
  • Sadiqlik- Daim yeni fikirlərə doğru irəliyə hərəkət edirik. Tərəfdaşlarımıza, missiyamıza və özümüzə sadiqik.
  • Cəsarət- Fərqimiz, gücümüzə inam və məqsədlərimiz qarşımızdakı hədəflərə çatmaq üçün bizim əsas amalımızdır

QIRMIZI.net nə vəd edir?

  • Beynəlxalq təcrübələrdən faydalanmaq imkanı;
  • Uyğun auditoriyaya biznesinizi tanıtmaq imkanı;
  • Yeni şirkətlərlə əlaqə, potensial müştərilər və işgüzar tərəfdaşlarla münasibət qurmaq imkanı;
  • Şəxsi inkişaf imkanı;
  • Çıxış etmək imkanı

Məqsədimiz

Şəxsi və karyera inkişafını ön planda tutmaqla cəmiyyətə faydalılığımızın davamlılığını artıraraq fərqli platforma nümunəsi olmaq.

Missiyamız

Mütəxəssis fikirlərini, qabaqcıl təcrübələri və innovativ yenilikləri bir araya gətirən platfoma olmaqla, bütün iştirakçılara və tərəfdaşlara fərdi yanaşmaq, maraqları eyni nöqtədə birləşdirmək, inkişaf və əməkdaşlıq məqsədilə davamlı təkmilləşmənin təmin edilməsi üçün səy göstərmək

Komanda

Bizə Qoşulun

Vahid məqsədə istiqamətlənmiş və birlikdə işləməyi bacaran böyük komandaya malik olmaq uğurlu bir başlanğıcdır. Dinamik və peşəkar gənclərdən ibarət komandamızın hər bir üzvünün biliyi, potensialı, enerjisi və yaradıcı düşüncə tərzi hazırladığımız işlərdə öz əksini tapır.

Bizə qoşulmaq üçün formu doldurun