Pandemiyanın təsirinə məruz qalan sahələr

20 dekabr 2020

Fidan Kərimova

Pandemiya, bir qitə və ya dünyada yayılan epidemik xəstəliklərə (epidemiya) verilən ümumi bir addır. Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) görə, üç şərt yerinə yetirildiyi zaman bir epidemiya, pandemiya adlandırıla bilər;

1. Cəmiyyətin əvvəllər məruz qalmadığı bir xəstəliyin ortaya çıxması

2. İnsanlara xəstəlik gətirən və təhlükəli bir xəstəlik gətirən infeksiya

3. İnsanlar arasında xəstəlik amilinin asan və davamlı yayılması

21-ci əsrdə dünya əhalisi 5 pandemiya ilə qarşılaşdı. Müvafiq olaraq 2009-cu ildə H1N1, 2014-cü ildə Poliomielit və Ebola, 2016-ci ildə Zika və ən son 2020-ci ildə Covid-19. 

Covid-19 epidemiyası yalnız səhiyyə sahəsində deyil, eyni zamanda  iqtisadi, sosial, psixoloji, mədəni və bir çox sahə üçün təsirsiz keçmədi.

 

Covid-19 Pandemiyanın Makro iqtisadi təsirləri

İstər inkişaf etmiş, istərsə də inkişafda olan ölkələrin hər biri pandemiya dövründə bir çox qoruyucu tədbirlər gördü. Səyahətlərin qadağan edilməsi, müəssisələrin bağlaması və komendant saatı kimi müxtəlif sosial təcridlər, bir çox sektorda işlərin dayanmasına səbəb oldu. Daxili və beynəlxalq uçuşlar, nəqliyyat xidmətləri, dəmir yolu xidmətləri, idman, təhsil, ticarət və xidmət təşkilatları və demək olar bütün sektorlar COVID-19 Pandemiyadan mənfi təsirləndi və bu mənfi təsir davam etməkdədir. 

 

Covid-19 Pandemiyasının İncəsənət sektoruna təsiri:

Hər bir sahəni digitallaşdıran  pandemiya , öz nəticəsini incəsənət sahəsində də göstərdi. 

Bütün dünyada sərgilərin təxirə salınması incəsənət sektoruna mənfi təsir göstərdi. Rəqəmsal dəyişikliklərlə ayaqlaşmanın vacibliyini hiss edən bir çox qalereyalar virtual sərgilər keçirdi və  onlayn  hərrac üzərindən satış etdi. Yeni inqilabi dəyişikliklə ayaqlaşa bilməyən qalereyalar isə bağlandı. 

 

Pandemiyanın Təhsil Sektoruna Təsiri.

Pandemiyanın təsir i altında qalan sektorlardan biri də təhsil sektorudur. Demək olar ki bütün məktəblər, kurslar və universitetlər online təhsilə keçdi. Distant təhsilin bir çox qruplar tərəfindən dəstəklənməsinə baxmayaraq, bu köklü dəyişikliyə hazır olmayan  bir çox ölkələr vardır. 

BMT-nin, 2020-ci il aprel ayında  etdiyi araşdırmaya görə, 830 milyon  şagirdin evdə istifadə edə biləcəyi komputeri yoxdur. Bu rəqəmin 40%-dən  çoxunda isə internet  əlaqəsi mövcud deyil. 

Bir çox təşkilatlar, sosial-iqtisadi fərqlərə malik ailələrin övladları arasında müvəfəqqiyət fərqlərinin dərinləşəcəyindən narahatdır. 

 

Pandemiyanın havayolları sektoruna təsiri.

Corona virus epidemiyasının ən çox təsir etdiyi sahələrin başında  Havayolu gəlir. ABŞ-da fəaliyyət göstərən Teague  şirkəti, pandemiyadan sonra  təyyarələrdə xüsusi havalandırma sisteminin yenidən dizayn edilməsini irəli sürüb. Layihəyə əsasən, hər oturacağın üzərində xüsusi havalandırma kanlları olmalıdır. Bu kanallar öskürmə və asqırma zamanı havanın  yayılmasının qarşısını alma məqsədi daşıyır. 

Bir İtalyan firması təyyarədə oturacaqların düzlüşü haqqında layihələr hazırlayıb

 

Covid-19 Pandemiyasının məşhur markalara təsiri:

Pandemiya ,  fəaliyyət göstərməsinə qadağa qoyulan  bir çox sahərə  mənfi təsir göstərdi. Lakin, online ticarətlə məşğul olan və biznesini tez bir zamanda trendə uyğunlaşdıra bilənlər gəlirlərini artırmağa nail oldular. Pandemiya, insanlarda online alış-veriş davranışını inkişaf etdirdi.

McDonald’s ABŞ-dakı 200 filialını bağladı. Bu ilin 2-ci rübündə  McDonald’s-ın gəlirləri 68% azalaraq 483,8 milyon dollara düşüb. 

Bir çox şirkətlər itirərkən qazananlar da oldu. Alış-veriş trendləri ilə ayaqlaşan və online ticarətə olan yatırımlarını artıran Walmart, Pandemiya dövründə  e-ticarətdə 74% böyüdü.

Starbucksın gəlirləri bu ilin 2-ci rübündə  38% azalaraq, 4,2 milyard dollara düşdü.

Panemiya Moda Sektoruna da təsirisiz qalmadı. 

Victoria Beckham əməkdaşlarını əməkhaqqı vermədən məzuniyyətə buraxdı.

Gucci zərərini qarşılamaq üçün qiymətləri 10% qaldırdı.

Michael Kors ildə 2 dəfə kolleksiya hazırlayacağını bəyan etdi.

Diane von Fürstenberg, DVF markasını kiçiltmək qərarına gəldi və 75% əməkdaşını işdən çıxardı.

Guess 51,5% kiçilərək 157.7 milyon dollar ziyan etdi. 

Zara və Massimo Düttinin tabe olduğu, 7500 mağazası olan İnditex, gələcəkdəki 2 ildə 1200 mağazasını bağlayacağını açıqladı. Şirkət qarşıdakı 3 il ərzindı onlayn biznesə 1 milyard dollar yatırım edərək elektron ticarəti 2 qat artırmağı planlayır. 

Bütün dünyada moda nümayişləri təxirə salınarkən, məşhur brendlərdən olan Chanel “Balade en Mediterranee” adını verdiyi 2020-2021 Cruise kolleksiyasını 8 iyunda sosial mediadan yayımlandı.

İntiqam alış-verişi – Pandemiyadan sonra normal həyata qayıdan Çin, “revenge shopping” terminin lüğətə daxil etdi. Belə ki, aylarla karantində qalan insanlar Hermesin yeni mağazasının açılışına görə saatlarla sırada durdu və minlərlə euroluq geyimlər aldılar. Nəticədə mağaza 2,5 milyon euroluq gəlir əldə etdi. Çinlilər bir növ aylarla evdə qalmanın əvəzini çıxdılar.

Bu dövrdən ən qazanclı çıxan yenə e-ticarət oldu.