Dünyada "Şah" ləqəbi ilə tanınan Şəhriyar Məmmədyarov

11 noyabr 2019

Şəhriyar Məmmədyarov 1985-ci il aprelin 12-də Sumqayıt şəhərində anadan olub.

1993-cü ildə Şəhriyarın atası ona şahmat oynamağı öyrədib və həmin ilin yayında Şəhriyar, onun ilk şahmat məşqçisi olan Validə Bayramovanın işlədiyi Sumqayıt şahmat məktəbində dərslərə başlayıb. O, 1996-cı ildə Şirvan şəhərində keçirilən turnirdə iştirak edərək, turnirin qalibi olmuşdur. Həmin ildə Şəhriyar Məmmədyarov Beynəlxalq açıq turnirin C qrupunda birinci yerin sahibi olmuşdur. 1997-ci ildə Şəhriyar Məmmədyarov Azərbaycan Milli Şahmat Çempionatında ilk dəfə iştirak edərək, 2-ci yer sahibi oldu.1998-ci ildə Şəhriyar Məmmədyarov Azərbaycan Çempionatında 2-ci yerə sahib olaraq, Avstriyada keçirilən Avropa Çempionatlarında iştirak hüququ qazandı. O, həm də Azərbaycanın Zaqatala şəhərində keçirilən uşaqlar arasında Dünya Olimpiadasında 2-ci yerin sahibi olaraq Azərbaycan Milli Komandası tərkibində iştirak hüququnu qazanmışdı. Şəhriyar Məmmədyarov Türkiyədə keçirilən uşaqlar arasında Dünya Olimpiadasında öz lövhəsində gümüş medalın sahibi olmuş və bununla beynəlxalq turnirlərdə birinci müvəffəqiyyətini qeyd etmişdi. 2000-ci ildə Şəhriyar Məmmədyarov 16-18 yaşadək Azərbaycan Şahmat Çempionatının qalibi olmuşdur. 2001-ci ildə Məmmədyarov 16 yaşadək Avropa Şahmat Çempionatında gümüş medalın sahibi olmuşdur. 2001-ci ildə Məmmədyarov Bakıda keçirilən gənclər arasında Avropa Şahmat Çempionatında gümüş medalın sahibi oldu. O, həmin ildə 18 yaşadək Avropa Şahmat Çempionatında 11 xaldan 10-u udaraq rekord yazmışdır. 2003-cü ildə Məmmədyarov Azərbaycanın Naxçıvan Muxtar Respublikasında keçirilən U20 Dünya Çempionatında qızıl medalın sahibi oldu. O, həmin ildə 18 yaşadək Dünya Çempionatında qızıl medal qazanmışdır. O, 2004-cü ildə Türkiyədə keçirilən Klublar arası Avropa Çempionatında 1-ci lövhədə 1-ci yerin sahibi və Dubay Open turnirinin qalibi olmuşdur. 2005-cü ildə Məmmədyarov İstanbulda 20 yaşadək gənclər arasında keçirilən Dünya Çempionatında yenidən çempion titulu qazanaraq, dünyada 20 yaşadək şahmatçılar arasında ikiqat Dünya çempionu tituluna sahib olan yeganə şahmatçı oldu. 2017-ci ildə Məmmədyarov Azərbaycanın şahmat tarixində ilk dəfə dünyanın 3 ən güclüsü sırasında yer alıb. O, dünya şahmat tarixində 2800 Elo reytinq balını keçmiş 13-cü şahmatçı olub. Şəhriyar Məmmədyarov bu uğura imza atmış ilk müsəlman idmançı kimi də tarixə düşüb. Şəhriyar Məmmədyarovun oyun tərzi taktiki və aqressiv olduğu üçün, vəzirlə oynamağı daha üstünlük verir.QrossmeysterQriqori Serper Məmmədyarovun oyunda yaradıcı və klassik hücum tərzi, onun Azərbaycan şahmat üsulu ilə əlaqələndirir.FİDE-nin aprel ayının 1-nə olan reytinq sıralamasında 2793 ELO xalı ilə 5-ci sırada qərarlaşıb. Ən yüksək canlı reytinqi 30 sentyabr 2018-cı ildə 2826.2 olub. Bu nəticə ilə o şahmat tarixinin 6-cı ən güclü şahmatçısı olub.