Müasir soyuducunun ixtiraçısı Florens Papart

22 noyabr 2019

Amerika Birləşmiş Ştatları Hökumətinin patent müraciətləri və siyahıyaalınma sənədlərindən başqa Florens Parpart haqqında bizə çox az şey məlumdur. Nyu-Cersi ştatının Hoboken şəhərində anadan olan Parpart ömrünün çox hissəsi üçün Birləşmiş Ştatların siyahıyaalınma sənədlərində evdar qadın olaraq qeyd olunur. Bir çox gənc qadın ixtiraçıda olduğu kimi, yerli mənbələr Florens Parpart haqqında az məlumat versə də, biz onu müasir soyuducuların yaradıcısı kimi tanıyırıq.

İlk küçə süpürgəçisi patenti 1879-cu ildə Avreka Frazer Brauna verilsə də, Parpart küçə süpürgəçisini və onun istehsal prosesini geniş istifadə üçün təkmilləşdirmişdir. Parpart ömrünün çox hissəsini Nyu York və Filadelfiyada keçirmişdir. Hər iki şəhərdə də yaşayış və ticarət sahələrini təmiz saxlamaq üçün əlavə küçə süpürgəçilərinə ehtiyac duyulduğundan Parpart ilk patentini 1900-cü ildə qazandı. 1902-ci ilə qədər o, küçə süpürgəçisi dizaynını hazırlamaq və yerləşdirmək üçün San-Fransiskoya qədər olan şəhərlərlə müqavilələr bağladı.

Martha Rayne adlı qadın müəllif 1893-cü ildə yazırdı: "Bir Hobokenli xanım, küçə süpürən maşının palçıq sıçratmaqla paltarını çirkləndirməsindən sonra, yeni bir küçə süpürmə maşını icad etdi." Adının Rayne tərəfindən qeyd edilməməsinə və tanınmamasına baxmayaraq, bir çox tarixçilər onun yenilikçi Parpart'a müraciət etdiyinə inanırlar. 

1914-cü ildə Parpart, elektrik enerjisi ilə çalışan köhnəlmiş soyuduculardan  istifadə edərək, ikinci patentini – gündəlik istifadə etdiyimiz müasir soyuducunu ixtira etmişdir. Bir çoxları Parpartın o zamankı nişanlısının elektrik dövriyyəsində yüksək bacarıqlı olduğuna və ona ilk prototipin dizaynında kömək etdiyinə inanırlar. 

Artıq təcrübəli bir təşəbbüskar olan Parpart soyuducularının marketinqi və satışında çox uğur qazanmışdı. Çox ticarət sərgilərinə qatılmış, öz reklam kampaniyalarını inkişaf etdirmiş və əri ilə birlikdə əlavə soyuducuların istehsal əməliyyatlarını idarə etmişdir. Parpart əsl təşəbbüskar qadın və istedadlı ixtiraçı idi.