Afişalar – Bir zamanlar bir çox film həvəskarlarının divarlarını bəzəyən əsərlər olmuşdur.
Necə ki, kitab alarkən bir anlıq qapaq rəsminə fokuslanırıq, film afişaları da eyni məqsədi daşıyır. Film afişalarının seçimimizə çox böyük təsiri vardır. Bu səbəbdən, film afişalarının verdiyi mesaj və onun dizaynı ilk baxışdan insanı özünə cəlb etməlidir. Son zamanlarda afişalar əsasən, baş rol aktyorlarının fotolarından ibarətdir hətta, son zamanlarda bir-birinin eynisi, bir çox film afişaları ilə qarşılaşırıq.
Qırmızı.net olaraq, bu blogda ən yaradıcı, fərqli film afişalarını paylaşacağıq.
LORD of WAR – 2005
Filmin əsas sujeti aşpaz olan Yuri Orlovun, həyatının qərarını verib silah qaçaqçılığına başlamağı və interpolun onu axtarmasından ibarətdir. Silah qaçaqçılığında inkişaf edən Yuri bir müddət sonra artıq xarici ölkələrə də silah sataraq “Muharibə Lordu” ləqəbini alır.
Art Machine tərəfindən hazırlanan filmin afişası ilk baxışdan insanı özünə cəlb edir. Həyatı silah satmaqla keçən bir xarakteri əks etdirən bu afişa eyni zamanda filmin məzmununu özündə əks etdirir.
The Lobster -2015
Yunan dizayner Vasilis Marmatakis tərəfindən minimalist tərzdə hazırlanmışdır. Afişa, boşluğu qucaqlayan kişi və qadından ibarətdir.
Dünyada ilk Film Afişası
İlk filmin hansı film olduğu mübahisəli məsələ kimi qalsa da, ilk film afişası, 28 dekabr 1895-ci ildə Parisdə yayımlanan Lumeirinin 1 dəqiqəlik 20 qısa metrajlı film təqdimatının afişası olmuşdur.Henri Prispot tərəfindən hazırlanan bu afişa, film tarixinin ilk afişasıdır. Afişa, 28 avqust 2018-ci il tarixində hərrac vasitəsi ilə satışa çıxarılmış və 160 min sterlinqə satılmışdır.