Müasir ev təhlükəsizliyi sisteminin ixtiraçısı Mariya Van Brittan Braun

22 noyabr 2019

Mariya Van Brittan Braun 1966-cı ildə həyat yoldaşı Albert Braun ilə birlikdə Amerika Birləşmiş Ştatlarının 3,482,037-ci  patenti olan “Ev təhlükəsizliyi sistemi”ni ixtira etmiş amerikalı təşəbbüskar qadın idi. 

Braun 22 oktyabr 1922-ci ildə Nyu-York şəhərinin Kuins əyalətində anadan olmuş və ölümünə qədər (2 fevral 1999-cu il) orada yaşamışdır. Mariya Van Brittan Braunun soykökü isə Pensilvaniyadan gəlirdi. 

Braun və əri, New Yorkdakı Kuins əyalətinin 135-ci prospektində yaşayırdılar. Braunların iki övladı vardı. Mariya Braun tibb bacısı, əri Albert Braun isə elektronika üzrə mütəxəssis olduğundan onlar standart iş saatlarında çalışmır və evə hərgün eyni vaxtda gəlmirdilər. Yaşadıqları ərazidə isə cinayət nisbəti çox yüksək idi. Fövqəladə hal olduqda polisə müraciət edilsə də, gec bir zamanda cavab alınırdı.  Evində kim olduğunu bilmək və mümkün qədər tez aidiyyatı orqanlarla əlaqə saxlamağa imkan verən bir sistemin  yaradılması lazım idi. Nəticədə, Braun şəxsi təhlükəsizlik səviyyəsini artırmağın yollarını axtarmağa başladı.

Beləliklə, Mari və Albert Braun, 1 Avqust 1966-cı ildə "Televiziya Nəzarət Sistemindən istifadə edən Təhlükəsizlik Sistemi" başlığı altında bir patent almaq üçün müraciət etdilər. Onların müraciəti 2 dekabr 1969-cu ildə təsdiq edildi. Braun 6 dekabr 1969-cu ildə “The New York Times” qəzetinə verdiyi müsahibədə öz patenti haqqında məlumat verərək deyirdi: "bu ixtira sayəsində bir qadın tək bir düyməni basmaqla evə gələn şəxsin kim olduğunu müəyyənləşdirə və təhlükəli vəziyyət olarsa, dərhal polislə əlaqə yarada bilər”.   

 

Braun təhlükəsizlik sistemi, müasir təhlükəsizliyin iki tərəfli rabitə və nəzarət xüsusiyyətlərini özündədaşıyan bir sistem idi. Orijinal ixtira 3 gözlük, kamera, monitorlar və iki tərəfli mikrofondan ibarət idi. Son element dərhal polisə müraciət etmək üçün basıla biləcək bir həyəcan düyməsi oldu. Üç gözlük, müxtəlif yüksəklik səviyyələrində ön qapıda yerləşdirildi. Üst hissədəki gözlük uzun boylular, orta hissədəki gözlük orta boylular, alt hissədəki gözlük isə uşaqlar üçün nəzərdə tutulmuşdu. Qapının əks tərəfində, insanın hər gözlük vasitəsilə rahat görməsi üçün yuxarı və aşağı sürüşmə qabiliyyəti olan bir kamera bağlandı. Kamera simsiz bir sistem vasitəsi ilə monitorda əks olunan görüntüləri götürürdü. Qapıda kimin olduğunu görməyə imkan vermək üçün monitor evin hər hansı bir hissəsinə yerləşdirilə bilərdi. Braun sistemə çöldəki şəxslə danışığa imkan verən səs komponenti də əlavə etdi. Şəxsin cinayət niyyəti olsa və zorla evə girmək istəsə, bir düyməni basmaqla polisə xəbərdarlıq ediləcəkdi. Şəxs gözlənilən insan və ya qonaq olsa isə, qapı uzaqdan idarəetmə vasitəsi ilə kiliddən açılacaqdı. Bu sistemin ixtirasına görə Mariya Braun  Milli Elm Komitəsi tərəfindən mükafata layiq görüldü.

Braun ixtirası, video izləmə, uzaqdan idarə olunan qapı kilidləri, düyməni basan həyəcan siqnalları, təhlükəsizlik təminatçıları və polislə dərhal mesajlaşma, həmçinin iki tərəfli səsli rabitə kimi xüsusiyyətlər istifadə edən təhlükəsizlik sistemlərinin əsasını qoymuşdur. O və əri Edvard, D. Phiney və Thomas J. Reardon kimi patentlərində digər ixtiraçılara istinad etdilər. 

Onun ixtirası hələ də kiçik müəssisələr, ofislər, tək ailəli evlər və mənzillər kimi çoxmərtəbəli yaşayış evləri tərəfindən istifadə olunur. Daha sonra on üç ixtiraçı öz patentlərində Braunun kəşfindən bəhrələnmişdir. 

İxtira əsasən ilk qapalı dövrəli televiziya təhlükəsizlik sistemi idi və bu gün müasir ev sistemləri üçün səciyyəvidir . Bu kəşf video monitorinqi, uzaqdan idarə olunan qapı kilidləri, düymə ilə aktivləşən həyəcan siqnalları, təhlükəsizlik təminatçıları və polislə dərhal əlaqəyə girmə, habelə iki tərəfli səsli rabitə üçün təməl yaratdı. Brown cihazının şöhrəti ictimai yerlərdə daha çox yayılmış CCTV nəzarətinə səbəb oldu. “Scientist”in bir hesabatına görə, hazırda dünyada 100 milyon gizli qapalı dövrə kamerası fəaliyyətdədir.