“Evdə qal! Sağlam qal!” Bu təşəbbüsə qoşularaq həm sağlamlığını qoru, həm də evdə qaldığın müddətdə özünü inkişaf etdir, kitab oxu, film izlə, müxtəlif oyunlar oyna.
Film təklifi lazımdır?
Qırmızı.net olaraq fərqli janrlarda olan 3 filmi sizə tədim edirik!
The Fall (2006)
Macəra, Dram, Fantastik
1920-ci il, qolu qırıldığı üçün Los-Anceles xəstəxanasında yatan 10 yaşındakı Aleksandra, burada filmlərdə dublyorluq edən Roy ilə tanış olur.
Bir çəkiliş vaxtı zədələndiyi üçün yataqdan çıxa bilməyən Roy, Aleksandraya qubernator Odiousa müxtəlif səbəblərdən nifrət edən və onu öldürmək istəyən 6 adamın hekayəsini danışmağa başlayır. Bir müddət sonra hekayə ilə reallığı qarışdırmağa başlayan Roy, öz dərdlərindən qurtulmaq üçün Aleksandradan istifadə edir.
Berlin film festivalından mükafatla dönən The Fall filmi 18 ölkədə, 26 fərqli məkanda 4 il müddətinə çəkilmişdir. İlk dəfə 2008-ci ildə film nümayiş etdirilmişdir.
Jojo Rabbit (2019)
Komediya, Dram, Müharibə
Jojo, anası Rosie ilə Almaniyada yaşayan bir uşaqdır. Atası İtaliya cəbhəsində vuruşarkən itkin düşmüş Jojo, bacısı İngleni də qrip xəstəliyindən itirmişdir. Jojonun xəyali dostu, onu heç tək buraxmayan Hitlerdir. Jojo "Hitler Gənclər Təlim Düşərgəsi"ə qatılır. Təlimdə Jojoya dovşan öldürməsi tapşırılır. O isə dovşanı öldürmmür. Hər kəs ona Dovşan Jojo deyir.
Jojo, anasının evlərində yəhudi bir qızı qonaq etdiyini öyrənir. Qız evin çardağında qalırdı. Bu, xəyali dostu Hitler olan Jojonu narahat edir.
Fantastic Mr. Fox (2009)
Animasiya, Macəra, Komediya
Hekayənin qəhramanı Mr.Fox adlı bir Tülküdür. Mr.Fox ailəsini bəsləmək üçün hər axşam 3 varlı kəndlidən toyuq, ördək və hindquşu oğurlayır. Kəndlilər artıq tülküdən bezmiş və onu öldürmək üçün hər şeyi edirlər. Sonunda tutulan tülkü, kəndlilərdən qaçmağa çalışır.